Yüksək Liqa: “Neftçi” UDUZDU FOTO

11.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında II tura yekun vurulub. 
Bizim.Media xəbər verir ki, turun son günündə bir matç keçirilib.
Mövsümə qələbə ilə başlayan komandaların duelində “Murov Az Terminal” “Neftçi”ni sınağa çəkib. Qarşılaşma nominal ev sahiblərinin asan qələbəsi ilə başa çatıb. “Murov Az Terminal” rəqibini "quru hesabla" məğlub edib.
Qeyd edək ki, turun ilk günündə MOİK “Xilasedici”yə 0:3 (19:25, 17:25, 10:25) hesabı ilə uduzub, “Azərreyl” “Gənclər”i məğlub edib - 3:0 (25:23, 25:13, 25:15).
Yüksək Liqa (kişilər)
II tur
11 dekabr
15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:0 (25:19, 25:17, 25:22)
GİN-in Voleybol Mərkəz


Rəşad Rafiqoğlu, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью