Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Neftçi" "Ordu"nu 3:0, "Murov Az Terminal" isə "Azərreyl" kollektivini 3:2 hesabı ilə məğlub edib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, turun "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix barədə məlumat veriləcək.