Yüksək Liqa: “Neftçi”dən darmadağın

01.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire"ı məğlub edib.

Apasport.az xəbər verir ki, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib. Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" İK 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək Liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşincidir. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - 6-cı yerdədir.

Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq” Millimiz Bosniya və Hersoqavinaya uduzdu Millimizin üzvü: “Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır" Millimiz Bosniya və Herseqovinaya qarşı Vitali Borisov: “Heç-heçə bizim üçün pis nəticədir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью