Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.
"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.
"Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 hesabı ilə üstələyib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, XI tura yanvarın 29-da yekun vurulacaq.