Yüksək Liqa: Son tur Gəncədə başlayacaq

12.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Qadın voleybolçuların Yüksək Liqasında müntəzəm çempionata yekun vurulur.

Fanat.Az xəbər verir ki, sonuncu turun hər üç görüşü bu gün baş tutacaq.

XX tur Gəncədə eyniadlı komandanın “Azərreyl”lə matçı ilə saat 14:30-da başlayacaq. Digər görüşlər Bakıda - GİN-in Voleybol Mərkəzində keçiriləcək. Saat 16:30-da “Abşeron” “Murov Az Terminal”la, 18:00-da isə “Milli Aviasiya Akademiyası” UNEC-lə görüşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью