Yüksək Liqa: U19 Yasamal Bakıya şans vermədi

07.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

İkinci görüşdə "Neftçi" İK "Şuşa"nın qapısından dörd cavabsız top keçirib.

Sonuncu oyunda isə U-19 "Yasamal Bakı"ya şans verməyib - 6:3.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Baku Fire" komandasının liderliyi davam edir. "Neftçi" İK 15 xalla ikinci, "Araz-Naxçıvan" 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki "Şuşa"nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan "Yasamal Bakı" sonuncudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью