Yüksək Liqa: Xilasedici bürünc medal uğrunda ilk oyunda Neftçi yə qalib gəlib

20.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 aprel, AZƏRTAC

Kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıb. Gərgin mübarizədə keçən görüşdə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların ikinci oyunu aprelin 21-də keçiriləcək.

Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью