Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında 11-ci turun növbəti matçları baş tutacaq.
Fanat.Az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
“Gənclər” - “Xilasedici” oyunu saat 17:00 start götürəcək.
Qadınların çempionatında isə saat 16:00-da “Gənclər” “Turan”la, 18:00-da “DH Volley” “Azərreyl”lə qarşılaşacaq.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.