Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Bu gün futzal üzrə Yüksək Liqada XX turun bir oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, “Olimpik Star”da “Şuşa” üzərində növbəti qələbəsini qazanan “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub.
U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq.
“CBC Sport”la canlı yayımlanacaq görüşün start fiti Bakı İdman Sarayında saat 19:00-da veriləcək.