Yüksək Liqada IX turun oyunları keçiriləcək

04.02.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX turun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.

UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.

Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII tur başlayır Yüksək Liqa: VIII turun oyunları keçiriləcək Yüksək Liqada VIII turun proqramı bəlli olub Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью