Yüksək Liqada növbəti oyunlar baş tutacaq

16.01.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar baş tutacaq.

Apasport.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçiriləcək.

"Azerreyl" "Xilasedici" ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində isə IX turun iki görüşü təşkil olunacaq. "Murov Az Terminal" "Turan"la, "Milli Aviasiya Akademiyası" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki oyun saat 17:00-da başlayacaq. İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında gerçəkləşəcək.

Yüksək Liqada IX tura yekun vurulacaq Azərbaycan Yüksək Liqasında IX turun növbəti matçı keçiriləcək Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb AVF yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir Yüksək Liqada turun növbəti oyunları keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью