Yüksək Liqada növbəti turun proqramı

17.12.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun proqramı bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oyunlar dekabrın 19-da keçiriləcək.

İlin son matçları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Saat 15:00-da Gəncə İdman Sarayında “Gəncə” UNEC-i qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal" ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью