Yüksək Liqada yeni mövsüm start götürdü

03.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb. Sport24.az xəbər verir ki, bu gün Bakıda və Gəncədə I turun oyunları keçirilib.

Gəncə İdman Sarayında "Gəncə"nin qonağı "Abşeron" komandası olub. Bakıda isə GİN-nin Voleybol Mərkəzində "Milli Aviasiya Akademiyası" və "Azərreyl", "Murov Az Terminal" klubunun idman zalında "Murov Az Terminal" UNEC-lə üz-üzə gəliblər. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb. 

Yüksək Liqa (qadınlar)

I tur

3 dekabr 

"Gəncə" - "Abşeron" 0:3 (26:28, 18:25, 21:25)

"Milli Aviasiya Akademiyası" - "Azərreyl" 0:3 (19:25, 18:25, 21:25)

"Murov Az Terminal" - UNEC 3:0 (25:8, 25:13, 25:12)

Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью