Yüksək məşğulluq iqtisadi riskləri azaldır İQTİSADÇI DANIŞDI

04.02.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ümumiyyətlə, iqtisadi risklər kontekstində əhalini ən çox narahat edən və düşündürən əsas məsələ məşğulluqdur".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, çünki məşğulluğun yüksək səviyyədə təmin olunması insanların gəlirlərinin formalaşmasına birbaşa təsir göstərir və bu, sosial sabitliyin əsas dayaqlarından biri hesab olunur: "Gəliri olan insanlar öz fəaliyyətlərini davam etdirə, gündəlik xərclərini qarşılaya, ailə büdcəsini planlaşdıra və sosial rifahlarını müəyyən səviyyədə qoruyub saxlaya bilirlər. Bu baxımdan məşğulluq təkcə iqtisadi deyil, eyni zamanda sosial təhlükəsizliyin də mühüm göstəricisidir.

Hesab edirəm ki, hər bir ölkədə iqtisadi müstəvidə əhalini ən çox qayğılandıran əsas məsələ məhz məşğulluğun yüksək səviyyədə təmin olunmasıdır. Eyni zamanda, gəlir səviyyəsinin qorunması, real gəlirlərin inflyasiya fonunda dəyərini itirməməsi və əhalinin daha yüksək gəlir əldə etməsi imkanlarının saxlanılması da mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu məsələ bütün dövrlərdə aktual olub, hər zaman cəmiyyət üçün əsas qayğılardan biri hesab edilib və qarşıdakı dövrlərdə də dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaqdır.

Məhz bu kontekstdə iqtisadi risklərin azaldılması baxımından vacib məsələlərdən biri peşə bacarıqlarının artırılmasıdır. Ümumilikdə bilik və bacarıqların davamlı şəkildə inkişaf etdirilməsi, müasir və innovativ iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının formalaşdırılması və əmək bazarının rəqabətli mühitinə uyğun peşəkar şəkildə yetişmək mühüm əhəmiyyət daşıyır. Bu amillər insanların məşğulluq imkanlarını genişləndirir, əmək bazarında çevikliyini artırır və iqtisadi dəyişikliklər fonunda risklərin minimuma endirilməsində həlledici rol oynayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью