Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV də

22.01.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

Bu həftə AFFA-nın bayrağı altında keçiriləcək Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

QOL.az xəbər verir ki, bu, AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində həyata keçirilir.

13-cü tur çərçivəsində yanvarın 23-də keçiriləcək “Liman” – “Neftçi” (10:30) və yanvarın 25-də təşkil olunacaq “Araz-Naxçıvan” – “Sabah” (13:00) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz: 
“Liman” – “Neftçi”    “Araz-Naxçıvan” – “Sabah”
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью