Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV də

31.01.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Sportal.az xəbər verir ki, XIV tur çərçivəsində fevralın 1-də keçiriləcək “Şəfa” – “Sumqayıt” (14:00) və “Zaqatala” – “Dirçəliş” (14:30) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:  

“Şəfa” – “Sumqayıt” “Zaqatala” – “Dirçəliş”

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью