Yüksək risk qrupuna aid QİDA Mayonez hansı xəstəliklərə SƏBƏB OLUR? | Icma.az
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Az qala hər salatda, qızartma yeməklərinin yaında mayonezdən istifadə edirik.
Xüsusilə də bayram ərəfəsində ən çox istifadə olunan məhsullardan biri mayonezdir.
Mayonezin ziyanları çox olduğundan artıq bunu evdə hazırlayanlar da var.
Amma bu o demək deyil ki, evdə hazırlanan mayonez daha sağlamdır.Marketlərdə satılan mayonezlərin içərisində əlavə qatqılar olur deyə istifadəsinə xüsusi diqqət yetirmək lazımdır.
Əlbəttə ki, digər bütün məhsullarda olduğu kimi mayonez alanda da istehsal tarixinə, saxlanma şəraitinə və müddətinə baxmaq lazımdır.Bəs mayonezlərin zərərləri nələrdir?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki, tərkibindəki qida maddələrinə görə mayonez hər zaman yüksək risk qrupuna aid olan qidalar sırasındadır.“Çünki əgər təbii şəkildə mayonez hazırlanacaqsa, onun tərkibində müxtəlif yağlardan, yumurtadan, sirkə və limon suyu, duzdan, şəkərdən istifadə olunmur.
Bunlardan başqa, sənaye istehsalı zamanı mayonezin tərkibinə müxtəlif qatqılar, uzun müddət xarab olmaması üçün bir çox əlavələr daxil olunur.
Hər bir mayonezin markasına görə, evdə və ya sənaye üsulunda hazırlanmasına görə tərkibindəki maddələr dəyişə bilər.
Tam oxu
Xəbəri oxu