Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və prezidentlərin şəxsi dostluq müanisbətləri üzərində günü-gündən inkişaf etməkdədir.
Son illər dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdikləri qarşılıqlı rəsmi və işgüzar səfərləri ölkələrarası münasibətlərdə yeni horizontlar açmışdır.
İki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və təqribən 170 sənəd ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaratmışdır.
Təbii ki, siyasi münasibətlərin dərinləşməsinin təməlində iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Qazaxıstan yerləşdikləri coğrafiyadan çox səmərəli istifadə edərək bir yerdə Orta dəhilizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında körpü yarada bilmişdir.
Bu faktor yüklərin çatdırılmasında mühüm rol oynamqla yanaşı, həm də tranzit potensialını artırmışdır.
Belə ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olmuşdur.