Yüksək Texnologiyalar Parkı “ATL Academy” ilə əməkdaşlıq edəcək AZƏRTAC | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “ATL Academy” arasında niyyət protokolu imzalanıb.
Bu barədə AZƏRTAC-a YTP-dən məlumat verilib. Bildirilib ki, protokol iki qurum arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edir.
Anlaşmaya əsasən, “ATL Academy” "SABAH.city" daxilində fəaliyyət göstərəcək və innovasiya ekosistemin inkişafına töhfə verəcək.
Əməkdaşlıq çərçivəsində, həmçinin müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi də planlaşdırılır ki, bu da inkişaf və yenilik üçün yeni imkanlar yaradacaq.
“ATL Academy” proqramlaşdırma və IT biliklərinin artırılması üçün müəssisə və fərdlərə xidmət göstərən şirkətdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu