Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb…
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
YTP-dən AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində ölkənin qabaqcıl IT şirkətlərindən biri olan “Simbrella” “SABAH.city” innovasiya klasterində fəaliyyətə başlayacaq.
Şirkət maliyyə texnologiyaları, böyük data analitikası və təhlükəsiz məlumat monetizasiyası sahəsindəki təcrübəsini innovasiya ekosisteminin inkişafına yönəldəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu