Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankında Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb.
Axar.az xəbər verir ki, Şöbəyə İlahə Baxışova-Tahirli rəhbər təyin edilib.
İlahə Baxışova-Tahirli 1994-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavriat, Bakı Mühəndislik Universiteti və Roma Sapienza Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.
Mərkəzi Bankda fəaliyyətə 2023-cü ilin aprelində başlayıb. O, əvvəlcə insan kapitalının inkişafı üzrə böyük mütəxəssis kimi çalışıb. 2024-cü ilin avqustundan peşəkar inkişaf və maliyyə maarifləndirilməsi istiqamətində böyük mütəxəssis vəzifəsini icra edib..
İlahə Baxışova-Tahirli Mərkəzi Bankdan əvvəl təxminən 5 il Azərbaycanın pərakəndə ticarət şirkəti “Bravo Supermarket Azerbaijan”da çalışıb. O, burada öyrənmə və inkişaf üzrə assistent vəzifəsindən başlayaraq işə qəbul, istedadların idarə edilməsi və insan resurslarının inkişafı istiqamətində müxtəlif vəzifələr tutub. Son olaraq şirkətdə İstedadların idarə edilməsi üzrə böyük mütəxəssis kimi fəaliyyət göstərib.
O, əmək fəaliyyətinin əvvəlki dövründə Bakıda fəaliyyət göstərən “Excelsior Hotel Baku”da insan resursları üzrə assistent kimi də çalışıb.
III "Yüksəliş" müsabiqəsinin qalibidir.