Yüksək vəzifə verilən Dəyanət Sədullayev kimdir DOSYE

08.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az-ın xəbərinə görə, holdinqin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub. 

2026-cı ilin may ayına qədər PAŞA Holding-in Aparat rəhbəri vəzifəsində çalışan D.Sədullayev 10 iyun 2024-cü il tarixindən etibarən PAŞA Sığorta şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsinə təyin olunub.

O, 2003 və 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İnzibati idarəetmə üzrə müvafiq olaraq bakalavr və magistr dərəcəsi alıb, 2023-cü ildə Harvard Biznes Məktəbinin Biznes liderlik proqramınının məzunu olub.

2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan D. Sədullayev neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanıb. 2006-11-ci illərdə E&Y məsləhət və audit şirkətində, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra edib.y 2015-ci ildə PMD Group şirkətində Baş Maliyyə İnzibatçısı kimi işə başlayıb və 2021-23-cü illər ərzində isə İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Bununla yanaşı, Dəyanət Sədullayev PMD Groupun törəmə şirkətləri olan PMD Projects, FMG, GLC, ALC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri olaraq fəaliyyət göstərib.

O, həmçinin 2012-ci ildən etibarən Amerika Auditorlar Palatasının daimi üzvüdür.

Dəyanət Sədullayev 5 may 2026-cı il tarixindən etibarən Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Könül

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью