Yüksək vəzifəyə təyin edilən Şahin Babayev kimdir?

03.03.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Redaktor.az xəbər verir ki, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan 1988-ci il təvəllüdlü Şahin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin 2010-cu il məzunudur.

O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən gənc məmur Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью