Yüksək vəzifəyə təyin olunan Şamil Əzizov kimdir? DOSYE

08.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub.
Bizim.Media Şamil Əzizovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:
Şamil Əzizova yüksək vəzifə verildi


O, 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.
2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Texniki sistemlərdə idarəetmə və informatika”, 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University “Mühasibat və maliyyə” və Azərbaycan Dövlət Neft Akademiyasını “kompüter riyaziyyatı”, həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır.
 

2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir.


22 may 2026-cı il tarixindən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью