“Yüksəliş” müsabiqəsində ən çox iştirakçı İqtisad Universitetindəndir

18.07.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yüksəliş” müsabiqəsində bakalavr səviyyəsində iştirak edən universitetlərin statistikası açıqlanıb

Bakıvaxtı.az xəbər verir ki, məlumat “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində təqdim olunub.

Statistikaya əsasən, ən çox iştirakçı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri olub – 31 nəfər. Siyahıdakı digər ali məktəblər üzrə göstəricilər isə belədir:

Bakı Dövlət Universiteti – 23 nəfər

Dövlət İdarəçilik Akademiyası – 21 nəfər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 12 nəfər

ADA Universiteti – 6 nəfər

Bakı Ali Neft Məktəbi – 4 nəfər

Bakı Mühəndislik Universiteti – 4 nəfər

Azərbaycan Tibb Universiteti – 3 nəfər

Azərbaycan Dövlət Pedaqoji Universiteti – 3 nəfər

Milli Aviasiya Akademiyası – 2 nəfər

Azərbaycan Texniki Universiteti – 2 nəfər

Mançester Universiteti (The University of Manchester) – 2 nəfər

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью