Yüksəliş müsabiqəsinə qeydiyyat başladı | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
28 fevral tarixində səbirsizliklə gözlənilən beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi start götürdü.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir və aprelin 10-a kimi davam edəcək.
Modern.az xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev beşinci müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib.
O, dörd il ərzində “Yüksəliş” müsabiqəsinin nəticələri barədə ətraflı hesabat təqdim edib, müsabiqənin keçirildiyi dövr ərzində əldə olunan uğurlar, iştirakçıların statistikası və qaliblərin nailiyyətləri barədə məlumat verib.
Hesabatda həmçinin müsabiqənin iştirakçılar üçün yaratdığı imkanlar, mentorluq proqramı və qaliblərin karyera yüksəlişləri barədə ətraflı informasiya təqdim olunub.
Fərhad Hacıyev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə liderlik potensialının artırılması və innovativ idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib.
Konfrans zamanı yeni mövsümdə istifadəyə verilən müsabiqənin rəsmi internet səhifəsi mətbuat nümayəndələrinə təqdim olunub və saytda edilmiş yeniliklər barədə ətraflı məlumat verilib.
Tam oxu
Xəbəri oxu