Yüksəliş müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)

18.12.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn il növbəti "Yüksəliş” müsabiqəsi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью