Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı VİDEO

25.09.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Buzovna yolunda yükdaşıma qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-a bununla bağlı izləyicilərdən biri tərəfindən “WhatsApp” vasitəsilə videomaterial göndərilib.

Hadisə sentyabrın 24-də saat 18:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 99-ZH-750 dövlət nömrə nişanlı “Schmitz” markalı nəqliyyat vasitəsinin sürücüsü tikinti materiallarını qoşquda düzgün yerləşdirməyib. Yükün hərəkət zamanı yerindən tərpənərək yola düşməsi ehtimalı digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Şikayətçinin sözlərinə görə, sürücünün bu formada hərəkəti ətrafdakı şəxslərdə narahatlıq yaradıb. İzləyici bildirib ki, sürücüyə yükün düzgün yerləşdirilməsinin vacibliyi barədə xəbərdarlıq etsələr də, o, iradlara məhəl qoymadan yoluna davam edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsində yük elə yerləşdirilməli və bərkidilməlidir ki, onun hərəkət zamanı düşməsi, hərəkətə maneə yaratması və digər yol iştirakçıları üçün təhlükə törətməsi mümkün olmasın. Bu tələblərin pozulması inzibati məsuliyyət yarada bilər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227301.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью