Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir stəkan yulaf sıyığında təxminən 60 milliqram maqnezium var, lakin bəzi məhsullarda bu mikroelement daha yüksək miqdarda olur.
Demokrat.az xəbər verir ki, bu barədə “Health” nəşri dietoloq Kirra Braunun yoxladığı məqalədə yazıb.
Nəşr vurğulayır ki, ABŞ Qida Əlavələri İdarəsinin məlumatına görə, maqnezium orqanizmdə 300-dən çox müxtəlif prosesin həyata keçirilməsinə kömək edir. Bu element zülal istehsalı, qanda şəkər səviyyəsinin nəzarətdə saxlanılması və arterial təzyiqin tənzimlənməsi üçün vacibdir.
Maqnezium həmçinin əzələ və sinir sisteminin sağlamlığını dəstəkləyir, sümükləri qoruyur və ürək ritminin sabit qalmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, maqneziuma olan gündəlik tələbat yaş və cinsdən asılıdır. Kişilər gündə 410-420 milliqram, qadınlar isə 310-320 milliqram maqnezium qəbul etməlidirlər. Hamiləlik dövründə bu göstərici qadınlar üçün 400 milliqrama, südvermə dövründə isə 360 milliqrama çatır.
Məqalədə qeyd olunur ki, kifayət qədər maqnezium qəbul etmək çətin olmasa da, insanların təxminən yarısı gündəlik normanı qarşılamır. Bu problemi həll etməyin yollarından biri isə maqneziumla zəngin məhsulların istehlakını artırmaqdır.
1. Balqabaq tumu
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 28 qram balqabaq tumunda 168 milliqram maqnezium var.
Nəşr qeyd edir ki, balqabaq tumu maqnezium qəbulunu artırmaq üçün asan və faydalı qəlyanaltıdır. Bundan əlavə, bu tumlar immun sistemini dəstəkləyən sink və dəmirlə də zəngindir. Hər porsiyada təxminən 8,5 qram zülal da mövcuddur.
2. İspanaq
Bir stəkan bişmiş ispanaqda 157 milliqram, çiy ispanaqda isə 23 milliqram maqnezium var.
Məqalədə vurğulanır ki, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər çoxlu qida maddələri və vacib minerallarla zəngindir. Onlar həmçinin dəmir və K vitamini mənbəyidir.
3. Tam taxıllı çörək
100 qram tam taxıllı unda 117 milliqram maqnezium mövcuddur.
“Nutrition” jurnalında dərc olunmuş araşdırmaya görə, tam taxıllı un bütün taxıldan hazırlandığı üçün lif və minerallarını qoruyur. Ağ undan fərqli olaraq, onun tərkibində daha çox maqnezium qalır.
4. Çia toxumu
28 qram çia toxumunda 95 milliqram maqnezium var.
Nəşr bildirir ki, çia toxumu mayeni özünə çəkərək gel formasına düşür və bu xüsusiyyət onu qidaları təbii şəkildə qatılaşdırmaq üçün ideal edir. O, həm də lif və faydalı yağlarla zəngindir.
Gel əmələ gətirən lif həzm sistemində qidanın hərəkətini yaxşılaşdırır və bağırsaq fəaliyyətini dəstəkləyir.
5. Badam
28 qram badamda 77 milliqram maqnezium mövcuddur.
Badam həmçinin E vitamini və sağlam yağlarla zəngindir.
6. Kinoa
Bir stəkan bişmiş kinoada 118 milliqram maqnezium var.
Məqalədə qeyd olunur ki, kinoa tam dəyərli zülal mənbəyidir və orqanizm üçün vacib olan doqquz əsas amin turşusunu ehtiva edir. O, həmçinin liflə zəngindir və təbii şəkildə qlütensizdir.
7. Avokado
Bir stəkan çiy avokadoda 67 milliqram maqnezium var.
Avokado faydalı yağlarla zəngindir və şəkər miqdarı aşağıdır. Bundan əlavə, o, həzm sistemi və ürək sağlamlığı üçün vacib olan lif və kalium təmin edir.
Nəşrə görə, avokado iltihabı azalda, xolesterin səviyyəsini yaxşılaşdıra və toxluq hissini daha uzun müddət saxlaya bilər.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu barədə “Health” nəşri dietoloq Kirra Braunun yoxladığı məqalədə yazıb.