Yuliya Timoşenkonun girov ödəmə müddəti başa çatıb

22.01.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkoya qarşı deputatların rüşvətlə ələ alınması işi üzrə məhkəmənin təyin etdiyi 33.3 milyon qrivnalıq (təxminən 760 min dollar) girovun ödənilməsi üçün ayrılan müddət yanvarın 21-də yerli vaxtla gecəyarısı başa çatıb.

Oxu.Az xəbər verir ki, girovun ödənilməsinə dair Ukrayna KİV-də, rəsmi qurumların, partiyanın və Timoşenkonun özünün saytları və "Telegram" kanallarında heç bir məlumat yayılmayıb.

Timoşenko şəxsi vəsaiti hesabına məbləği ödəyə bilmədiyini bildirib, komandasının isə vəsait toplamaq üzərində çalışdığı açıqlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, artıq 13.65 milyon qrivna (təxminən 300 min dollar) toplanıb.

Məhkəmə Timoşenkoya aid əmlakın bir hissəsinə həbs qoyub. Həbs olunanlara Dnepropetrovskdakı qarajlar, mobil telefonlar, sistem bloku, qaralama qeydləri, 46.3 min dollar nağd vəsait və həyat yoldaşına aid avtomobillər daxildir. Şəxsi bank hesabındakı vəsaitlər isə dondurulmayıb.

Yanvarın 14-də partiyanın Kiyev ofisində axtarış aparılıb. Timoşenkoya "qanunsuz maddi fayda təklif etmə" maddəsi üzrə ittiham irəli sürülüb: cinayət məsuliyyəti 5-10 illik həbsdir. Məhkəmə yanvarın 16-da onun barəsində girov qətimkan tədbiri seçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью