Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda şüşəni yumruqla sındıran kişi ölüb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Qəsəbə sakini 30 yaşlı İlkin Bayram oğlu Baxışov gecə saatlarında yaşadığı evdə şüşəni yumruqla sındırıb. Bu zaman o, qolundan xəsarət alıb.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.