Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər Həkimdən xəbərdarlıq

03.09.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib.

Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr.

Ekspert izah edib ki, oyuncaqların tərkibində udulduqda, nəfəs yollarına daxil olduqda və ya dəri ilə təmas zamanı zərər verə bilən maddələr ola bilər. Bunlara ağır metallar, fenol, formaldehid, müxtəlif boyaq maddələri və ətirləndiricilər daxildir.

“Yumşaq oyuncaqlar məsaməli quruluşa malik olduqları üçün mikroorqanizmlərin toplanması üçün ideal mühit yaradır. Onları tam dezinfeksiya etmək çətindir və onlar tez-tez əllər, döşəmə və tüpürcəklə təmasda olur”, – deyə Bolibok əlavə edib.

Həkim həmçinin qeyd edib ki, bu cür oyuncaqlarda toz və ev heyvanlarının tükləri kimi allergenlər də yığıla bilər.

Dördüncü risk qrupu isə fiziki təhlükələrlə bağlıdır. Belə ki, uşaq oyuncağın yaxşı bərkidilməmiş hissələrini udaraq və ya nəfəsinə çəkərək xəsarət ala bilər. Pediatrlar xüsusilə körpələrin beşiyində yumşaq oyuncaqların, yastıqların və ya iri həcmli yorğanların saxlanılmasını tövsiyə etmirlər. Çünki bunlar uşağın tənəffüs yollarını bağlaya bilər.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью