Yumurta BAHALAŞDI: Yeni QİYMƏT FOTO

13.12.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib. 

Milli.Az xəbər verir ki, əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür ki, daha baha 17-18 qəpiyə təklif olunur.

Bəs bu bahalaşmanın səbəbi nədir?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Milli.Az-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var.

"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan bolluq səbəbindən Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir". 
Aysel Əkbər 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью