Yumurta qabıqlarından daha möhkəm avtomobil materialı hazırlandı

05.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

ABŞ-da alimlər adi yumurta qabıqlarını daha möhkəm və yüngül maqnezium ərintilərinin hazırlanmasında istifadə etməyin yolunu tapıblar.

Lent.az xəbər verir ki, yumurta qabığının təxminən 95 faizi kalsium karbonatdan ibarətdir və tədqiqatçılar onu xüsusi emal üsulu ilə maqneziuma əlavə edərək daha möhkəm material əldə ediblər.

Bu texnologiya gələcəkdə avtomobil, aviasiya və elektronika sənayesində istifadə oluna bilər.

Üstəlik, üsul həm qida tullantısından yararlanmağa, həm də filizdən kalsium əldə etmək üçün tələb olunan enerji sərfiyyatını azaltmağa imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью