Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkyənin Nevşəhər bölgəsində qeyri-adi hadisə yaşanıb. Derinkuyu rayonuna bağlı Yazıhüyük qəsəbəsində yaşayan İskəndər Çelikin inkubatorundan çıxan cücə insanları heyrətləndirib.
Sherg.az xəbər verir ki, 20 ildir qüşlara yetişdirdiyini deyən təsərrüfatçı İskəndər Çelik bildirib:
"20 ildir bu işlə məşğulam. Belə bir şeyi ilk dəfə görürəm. Bu cücə də digər cücələr kimi 21 gündə çıxdı. Heç bir sağlamlıq problemi yoxdur. 4 ayağı var. Boy və ölçü baxımından digər cücələrdən heç bir fərqi yoxdur. Görəndə çox təəccübləndik."