Yumurtalıq kistasına qarşı qara üzüm

15.10.2026

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bir qrup elm adamı tərəfindən aparılan araşdırma zamanı qara üzüm yeməyin yumurtalıqlarda əmələ gələn kistaları müalicə etdiyi məlum olub.

Bir neçə universitetin elm adamlarından təşkil olunan qrup laboratoriya sınaqlarından sonra qara üzüm yeməyin qadınlarda menstruasiya pozğunluğu, sonsuzluq, hamiləliyin pozulması kimi bir çox problemlərə səbəb olan kistalara qarşı müalicəvi təsiri olduğu nəticəsinə gəlib.

Araşdırmanın üzvlərindən biri olan İstanbul Elm Universiteti Fizioloji Fundamental elm üzrə tədris üzvü və Eksperimental Cərrahiyə və Araşdırma Mərkəzinin məsul üzvü, yardımçı dosent, dr. Oytun Erbaşın fikrincə, ən çox qara üzümün tərkibində olan resveratrol adlı birləşmə yumurtalıqlarda büyümə və çox sayda kistanın yaranması ilə müşayiət olunan polikistik over sindromunu (PKOS) müalicə edə bilər.

Bu xəstəliyə qadınlar arasında 5-10 nisbətində rast gəlindiyi və menstrual pozğunluq, civzə, köklük, insulinə davamlılıq, tüklənmə, sonsuzluq, hamiləliyin pozulması riskində artım kimi problemlərə səbəb olduğu, həmçinin damar sərtliyi, uşaqlıq və döş xərçəngi riskini də artırdığı bildirilir.

Bu xəstəliyə qarşı təsirli olan resveratrol həmçinin ərik, üzüm, tut, alça, fındıq, alma kimi bir çox meyvənin tərkibində də mövcud olan olan polifenol birləşməsidir. İltihab azaldıcı təsiri vardır. Bu səbəblə də damar sərtliyi, xərçəng, Alzheimer xəstəliyinə qarşı da qoruyucu xüsusiyyətə malikdir.

Araşdırmaların nəticələri beynəlxaql statuslu qadın xəstəlikləri və doğuş haqqında jurnal olan “Reproductive Sciences”da dərc olunub.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью