Yumurtanı kəsəndə bunu görsəniz... Çoxları bilmir

18.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bərk bişmiş yumurtanın sarısının ətrafında yaranan yaşıl-boz halqa məhsulun xarab olması demək deyil.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası paylaşım edib.

Assosiasiyanın paylaşımında yumurtanın sarısının ətrafında yaşıl-boz halqanın yaranmasının səbəbi açıqlanıb. Marqarita pizza

Bildirilib ki, bu rəng dəyişimi yumurtanın tərkibindəki kükürd ilə dəmir arasında baş verən reaksiyanın nəticəsidir. Yumurta uzun müddət və ya yüksək temperaturda bişirildikdə həmin iki element reaksiyaya girərək sarının ətrafında yaşıl-boz rəngli halqa yarada bilər.

Qeyd olunub ki, yumurtanı həddindən artıq bişirməmək və bişirdikdən sonra tez soyutmaq bu halqanın yaranma ehtimalını azalda bilər.

Beləliklə, yumurtanın sarısındakı yaşıl halqa hər zaman onun xarab olduğunu göstərmir. Bu, çox vaxt yumurtanın həddindən artıq bişirilməsi nəticəsində yaranan rəng dəyişməsidir.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью