Yumurtanı soyuducuya qoyduqdan əvvəl yumaq lazımdırmı?

15.11.2024

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bəzi qadınlar yumurtanı soyuducuya qoyduqdan əvvəl yuyurlar. Onların fikrinə görə, bu yumurtanın üzərində olan mikrobları təmizləyir.

Lakin bilmək lazımdır ki, yuyulma zamanı yumurtanın üzərində olan qoruyucu qat da yuyulur. Nəticədə yumurtanın saxlanma müddəti də xeyli qısalır. Belə ki, əgər yuyulmamış yumurtanın soyuducuda +4C-də saxlanma müddəti 5 həftədirsə, yuyulanadan sonra bu müddət 4 həftəyə qısalır.

Saglamolun.az xarici KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislər yumurtanı əvvəlcədən deyil, yalnız bişirdikdən qabaq yumağı  tövsiyə edirlər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью