Icma.az, Redaktor.az saytına istinadən bildirir. Son günlər istehlak bazarında yumurtanın qiymətində artım müşahidə olunur.
Belə ki, bir neçə gün əvvələdək marketlərdə 12-14 qəpiyə satılan broyler yumurtası artıq 18-22 qəpiyə təklif olunur.
Maraqlıdır, qiymətlər bayramqabağı olduğu üçün qalxıb? Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildir
Avqust, sentyabr aylarında hətta 8-9 qəpiyə yumurtalar var idi.
Amma indi mütəmadi bahalaşıb, noyabrda, dekabrın əvvəllərində isə 16-17 qəpik idi. Bunun Yeni illə heç bir bağlılığı yoxdur".
İqtisadçının sözlərinə görə, bahalaşma bazara çıxarılan yumurtanın həcmi ilə əlaqədardır: "Azərbaycanda gündəlik yumurta istehsalçıları 4 milyon yumurta istehsal edirlər.
Ölkənin tələbatı isə gündəlik 3 milyondur. Yəni ölkədə yumurta istehsalçılarının tam tələbatını qarşılamaq gücü var.
Amma zaman-zaman məhsulları bazara çıxardırlar və tələbat aşağı düşəndə yumurtanın kəskin ucuzlaşması baş verir.