Yumurtanın qiymətinə görə Baydeni günahlandırdı

05.03.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp yumurtanın qiymətinin kəskin artmasında sələfi Co Baydeni günahlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Trampın Konqresdəki çıxışı zamanı söyləyib. 

Ölkədə inflyasiyanın artması fonunda ABŞ-də yumurta qiymətlərinin müzakirə mövzusuna çevrildiyi bildirilir. Tramp vəziyyəti sabitləşdirmək üçün tədbirlər görəcəyinə söz verib.

"Co Bayden yumurta qiymətlərinin nəzarətdən çıxmasına icazə verdi. Biz onları yenidən aşağı salmaq üçün çox çalışırıq”, - deyə Tramp bildirib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью