Yumurtanın təzə olduğunu bu cür bilmək olar

30.08.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Yumurtanı qıranda sarının yanında görünən ağ ipliklər əslində çox önəmlidir. İnsanlar tez-tez bunu yumurtanın xarab olduğunu göstərən əlamət sanır. Amma bu doğru deyil.

News24.az xəbər verir ki, bu ipliklərə çalaza deyilir. Çalaza yumurta sarısını tam ortada saxlayır və zədələnmədən qoruyur. O, həm də yumurtanın təravətini göstərir: ipliklər möhkəm və aydın olduqda yumurta təzədir.

Vaxt keçdikcə çalaza itir və sarı sərbəst hərəkət etməyə başlayır. Bu ipliklər tamamilə təbii, zərərsiz və yeyilə biləndir. Yumurtanın sarısını qoruyan çalaza, onun sağlam və təzə qalmasını təmin edən sadə, amma vacib quruluşdur.

Xeyrənsə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью