Yumurtanın təzə olduğunu bu cür bilmək olar

30.08.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yumurtanı qıranda sarının yanında görünən ağ ipliklər əslində çox önəmlidir. İnsanlar tez-tez bunu yumurtanın xarab olduğunu göstərən əlamət sanır. Amma bu doğru deyil.
Bizim.Media xəbər verir ki, bu ipliklərə çalaza deyilir.
Çalaza yumurta sarısını tam ortada saxlayır və zədələnmədən qoruyur. O, həm də yumurtanın təravətini göstərir: ipliklər möhkəm və aydın olduqda yumurta təzədir.
Vaxt keçdikcə çalaza itir və sarı sərbəst hərəkət etməyə başlayır. Bu ipliklər tamamilə təbii, zərərsiz və yeyilə biləndir. Yumurtanın sarısını qoruyan çalaza, onun sağlam və təzə qalmasını təmin edən sadə, amma vacib quruluşdur. (News24.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью