Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, dietoloq Lauren Manaker yumurtanı əvəz edə biləcək 7 səhər yeməyi variantını təqdim edib.
Mütəxəssisin tövsiyəsinə görə, ilk seçim giləmeyvə və qoz-fındıqla qarışdırılmış şəkərsiz yunan yoqurtudur. Bu qida zülal, kalsium və faydalı yağlarla zəngindir. Digər seçim kəsmikdir. Onun yarım stəkanında təxminən 12 qram zülal var. Kəsmiyi qoz, darçın, xiyar və pomidorla birlikdə yemək mümkündür.
Çia toxumlarından hazırlanan pudinq də səhər yeməyi üçün faydalı alternativ sayılır. Toxumlar süd və ya şəkərsiz bitki südündə saxlanılaraq hazırlanır. Tofu tərəvəzlərlə qovrularaq yumurtasız səhər yeməyi kimi təqdim edilə bilər.
Dietoloq həmçinin hisə verilmiş qızılbalığı xiyar, pomidor və krem-pendir ilə yeməyi tövsiyə edir. Digər variant hinduşka və ya toyuq sosiskalarının tərəvəzlərlə birlikdə hazırlanmasıdır.
Sonuncu seçim isə süd, ispanaq, giləmeyvə, qoz yağı və yunan yoqurtundan hazırlanan zülallı smuzidir.
Mütəxəssis şəkərsiz məhsullara üstünlük verməyi, meyvə miqdarını nəzarətdə saxlamağı və səhər yeməyində zülal, lif və faydalı yağları birləşdirməyi məsləhət görür. Onun sözlərinə görə, bu cür qidalanma toxluq hissinin qorunmasına və qan şəkərinin daha sabit qalmasına kömək edə bilər.