Yunan futbolçu “Dortmund”da

17.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Borussiya” Dortmund İoannis Konstanteliasın transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, Almaniya klubu 23 yaşlı yarımmüdafiəçini Yunanıstanın PAOK klubundan heyətinə qatıb.

Konstantelias Dortmund təmsilçisi ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Bundesliqa klubu futbolçunun transferi üçün PAOK-a 26 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, daha 6 milyon avro bonuslar nəzərdə tutulub. PAOK, həmçinin futbolçunun növbəti satışından 15 faiz pay əldə edəcək.

Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Şotlandiya millisinin baş məşqçisi bəlli oldu Kriştianu Ronaldu karyerasını bitirir – Vaxtını açıqladı PSJ ilə anlaşmışdı - İngiltərə klubunda çıxış edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью