Yunan Roma güləşi üzrə U 17 millimiz Gürcüstanda çempion oldu

20.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Gürcüstanda keçirilən beynəlxalq turnirdə bütün rəqiblərini məğlub edərək çempion olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanın 10 komandasının qatıldığı yarışda yığmamız böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Millimizin heyətində Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı və Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov və Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli və Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov və Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov və Ruslan Nuriyev (hər ikisi 92 kq), eləcə də Məhəmməd Orucov (110 kq) yer alıb.

Turnir ərzində beş görüş keçirən komandamız Ermənistanın Gümrü və İrəvan, Gürcüstanın Batumi şəhərinin komandalarını, həmçinin yarımfinalda təşkilatçı ölkənin yığmasını məğlub edərək finala yüksəlib.

Həlledici qarşılaşmada Acarıstan komandası ilə üz-üzə gələn millimiz 5:5 hesablı heç-heçəyə baxmayaraq, təmiz qələbələrin sayına görə üstün olub və çempionluq kubokuna sahib çıxıb.

Qeyd edək ki, yarış yeniyetmə güləşçilərimizin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi turnirlərə hazırlığı baxımından əhəmiyyət daşıyıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью