Yunanıstan 4 cü səviyyəli yanğın həyəcanı elan ETDİ

15.08.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yunanıstan meşə yanğınları təhlükəsi səbəbindən yüksək səviyyəli xəbərdarlıq səviyyəsini saxlayacaq.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyət orqanları Attika, o cümlədən Kitira, Skyros, Kiklad adaları və Krit də daxil olmaqla Boeotia və Evboea bölgələri üçün çox yüksək olan dördüncü səviyyəli yanğın həyəcanı elan edib.

Xəbərdarlıq yanğınsöndürmə və xilasetmə xidmətlərinin, avadanlıqlarının və digər resursların tam səfərbər edilməsini tələb edir. Yerli və regional hakimiyyət orqanlarına fövqəladə hallar üzrə koordinasiya orqanlarını işə salmaq və potensial meşə yanğınlarına hazırlıq görmək tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью