Yunanıstan ABŞ dan raket və helikopterlər almaq üçün 4 milyard dollar xərcləyəcək

08.10.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yunanıstan ABŞ-dan müasir raket və bombalar, “Black Hawk” helikopterləri almağa, həmçinin F-16 qırıcılarını modernləşdirməyə 4 milyard dollara qədər vəsait xərcləyəcək.

Bu barədə “Reuters” Yunanıstanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Razılaşma F-16 Viper və F-35 qırıcıları, “Black Hawk” helikopterləri üçün yeni silahların alınmasını və köhnə F-16-ların Viper standartına uyğun modernləşdirilməsini nəzərdə tutur.

Rəsmilərin sözlərinə görə, xərclər iki onillik ərzində həyata keçiriləcək və ölkənin maliyyəsinə əlavə təzyiq yaratmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью