Yunanıstan aviaşirkəti Azərbaycana uçuşları bərpa edib

26.05.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Bakı ilə Afina arasında birbaşa uçuşları bərpa edib.

Banco.az  xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Qeyd edilib ki, Bakı-Afina-Bakı marşrutu istiqamətində uçuş mayın 24-də baş tutub və aviaşirkət həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri reyslər həyata keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью