Yunanıstan Avropa İttifaqını Serbiyanı üzvlüyə qəbul etməyə çağırıb

19.12.2024

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Giorgos Gerapetritis: “Serbiyanın Aİ-yə daxil olması geosiyasi zərurətdir”

Yunanıstan Brüsseldə keçirilən Avropa İttifaqı - Qərbi Balkan sammiti fonunda Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlüyə qəbuluna çağırış edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Serbiyanın xarici işlər naziri Marko Curiç ilə danışıqlardan sonra bildirib.

“Serbiyanın Aİ-yə daxil olması geosiyasi zərurətdir. Bunu Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis bir neçə gün əvvəl Aİ-yə üzv ölkələrin hökumət başçılarına, habelə Avropa Komissiyası və Avropa Şurası rəhbərlərinə ünvanladığı məktubunda vurğulayaraq, onları üzvlüyə qəbul etməyə çağırıb.

Qeyd edək ki, 2019-cu ildə III Ali Əməkdaşlıq Şurasında Yunanıstan və Serbiya münasibətlərini strateji səviyyəyə qaldırıblar.

Kosovoya gəlincə, nazir Yunanıstanın mövqeyinin sabit olaraq qaldığını deyib: “Yunanıstan Belqrad və Priştina arasında dialoq prosesini dəstəkləyir. Biz Serbiyanın dünən Brüsseldə itkin düşmüş şəxslərlə bağlı birgə komitə ilə bağlı əldə olunmuş razılığa dair konstruktiv mövqeyini alqışlayırıq”.

Nazirlər Belqradda EXPO-2027 beynəlxalq sərgisinin təşkili, nəqliyyat və enerji layihələrinin təşviqi məsələlərini müzakirə ediblər. Xarici İşlər Nazirliyinin rəhbəri məlumat verib ki, 2023-cü ildə ikitərəfli ticarətin rekord həcmi - təxminən 800 milyon avro qeydə alınıb ki, bu il daha da böyük artım gözlənilir və iki ölkə arasında turizm fəal şəkildə inkişaf edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью