Yunanıstan Baş naziri: COP kimi tədbirlərə çox optimist yanaşırıq

13.11.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

“Bu kimi tədbirlərə çox optimist yanaşırıq, çünki Yunanıstan iqlim dəyişikliyinin təsirindən ən çox əziyyət çəkən ölkələrdən biridir”.

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən COP29 çərçivəsində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis bildirib.

Baş nazir qeyd edib ki, Yunanıstan iqlim dəyişikliyi ilə əlaqədar risklərə hazır olmağa çalışır.

Mitsotakis vurğulayıb ki, 2050-ci ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью